İsveç Suriyadakı kürd silahlılarına dəstəyi DAYANDIRDIbackend

İsveç Suriyadakı kürd silahlılarına dəstəyi DAYANDIRDI

İsveçin yeni hökuməti artıq Suriyadakı kürd silahlılarına, Xalq Müdafiə Birliklərinə (YPG) və Demokratik Birlik Partiyasına (PYD) qeyd-şərtsiz dəstəyin tərəfdarı deyil.

KONKRET.az xəbər verir ki, bunu xarici işlər naziri Tobias Billström İsveç radiosuna müsahibəsində deyib:

“Bu təşkilatlarla Kürdüstan Fəhlə Partiyası arasında sıx əlaqələr var. Türkiyə ilə yaxşı münasibətlərə ehtiyacımız var”.

Qeyd edək ki, YPG NATO və ABŞ-ın Suriyadakı müttəfiqidir. İsveç daha əvvəl Türkiyənin terrorçu hesab etdiyi YPG və PYD-yə dəstək verib.

Mayın 18-də İsveç və Finlandiya alyansa qoşulmaq üçün müraciət edib, lakin üzvlük prosesi Türkiyə tərəfindən dərhal bloklanıb. Ankara bu ölkələrdən kürd təşkilatlarını terror təşkilatı kimi tanımasını, 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin təhvil verilməsini və silah tədarükünə qoyulan qadağaların aradan qaldırılmasını tələb edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*