İsveçdə hökumət binası qarşısında müsəlman qaçqınlar mitinq keçirib.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, İsveçdə müsəlman qaçqınlar etiraz aksiyası keçirərək uşaqlarının geri qaytarılmasını tələb ediblər.
İsveç hökumət binası qarşısında toplaşan müsəlman qaçqınların iddia edirlər ki, sosial xidmətlər İslam normaları qanunlarına görə uşaqları onların əllərindən alır və başqa ailələrə verirlər.
İsveçdə islamafobiya çox geniş yayıldığı üçün hicablı qadınlara da xüsusi qadağalar qoyulub. Uşaqları ailələrdən guya onlara şiddət göstərildiyinə görə zorla aparırlar. Ailələrə övladlarını görməyə belə icazə verilmir.
Suriyalı ailənin 5 övladının hamısını aparıblar. Ən dəhşətlisi odur ki, 5-ci övladı dünyaya gələn kimi aparılıb.
Mitinqdə iştirak edən valideynlər xeyirxah insanlara müraciət edərək uşaqların geri qaytarılmasına köməklik göstərilməsini xahiş ediblər.
Daha ətraflı videoda:
Xuraman Etibarlı,
KONKRET.az
