İsveçrə İsrailli nazirləri həbs edəcəkbackend

İsveçrə İsrailli nazirləri həbs edəcək

“İsrail və HƏMAS hökumətinin üzvləri İsveçrəyə gəlsələr, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarı çıxaracağı təqdirdə onları həbs edəcəyik”.

KONKRET.az xəbər verir ki, bu barədə İsveçrə parlamentinin bəyanatında deyilir.

Sənəddə qeyd edilir ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrail hökumətinin üzvləri və HƏMAS liderlərinin həbsinə order verərsə, İsveçrə öz beynəlxalq öhdəliklərini yerinə yetirəcək.

Bir müddət əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi üçün Məhkəməyə qədər Palataya müraciət etdiyini açıqlamışdı. O, hər iki dövlət nümayəndəsinin 2023-cü ilin oktyabr ayından bəri törədilmiş müharibə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdıqlarını qeyd edib. Prokuror həmçinin HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar, Əl-Qəssam Briqadalarının hərbi qanadının komandiri Məhəmməd Əd-Deyfa və HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin həbsinə order verilməsini tələb edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*