İsveçrə parlamenti Ukraynaya yardımı rədd etdibackend

İsveçrə parlamenti Ukraynaya yardımı rədd etdi

İsveçrə parlamentinin yuxarı palatası Ukraynaya əsasən ölkə infrastrukturunun yenidən qurulması üçün nəzərdə tutulan 5 milyard İsveçrə frankı (5,6 milyard dollar) məbləğində yardımın ayrılmasını rədd edib.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters xəbər verir.

Maliyyə paketinə təkcə Ukraynaya yardım deyil, həm də İsveçrənin özünün silahlı qüvvələri üçün 10,1 milyard frank (11,3 milyard dollar) əlavə maliyyə vəsaiti daxildir. Bu layihəyə 28 deputat “əleyhinə”, 15 deputat “lehinə” səs verib.

Xatırladaq ki, aprelin 10-da İsveçrə hakimiyyəti Ukrayna iqtisadiyyatını bərpa etmək üçün 2036-cı ilə qədər 5 milyard frank (5,55 milyard dollar) ayırmağı planlaşdırdığını açıqlamışdı. Aydınlaşdırılıb ki, ilk addım olaraq 2028-ci ilə qədər beynəlxalq əməkdaşlıq büdcəsindən təxminən 1,5 milyard İsveçrə frankı ayrılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*