İsveçrə rus casuslarını ölkədən qovmağa hazırlaşırbackend

İsveçrə rus casuslarını ölkədən qovmağa hazırlaşır

İsveçrə parlamentinin yuxarı palatası Berndə Qlobal Sülh Sammitinə hazırlığın getdiyi bir vaxtda casusların, xüsusən də Rusiya kəşfiyyatçılarının ölkədən sürgün edilməsi üçün tədbirlərin sərtləşdirilməsi təklifini dəstəkləyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bu təklifi İsveçrə Konfederasiyasının prezidenti Viola Amherd parlamentə müraciətində dəstəkləyib: “Xarici dövlətlər hiss etməlidirlər ki, İsveçrə onların təhlükəsizliyinin pozulmasına reaksiya verir və özünü qoruyur”.

Onun sözlərinə görə, hökumət fəaliyyəti İsveçrənin təhlükəsizliyini və ya ev sahibi kimi rolunu təhdid edən kəşfiyyatçıları tədricən ölkədən çıxarmağı planlaşdırır.

Sosial Demokratlar Partiyasını parlamentdə təmsil edən və bu sammitin tərəfdarlarından biri olan Fransiska Rot qeyd edib ki, beynəlxalq təşkilatların ölkədə cəmləşməsi səbəbindən neytral İsveçrə casuslar üçün “maqnit”dir.

O, bunun xüsusilə rus casuslarına aid olduğunu söyləyib. İsveçrənin casusluğa “sıfır dözümlülük” nümayiş etdirməli olduğunu xatırladan deputat əlavə edib ki, təklif casusların nəzarəti və ölkədən çıxarılması mexanizmlərinin gücləndirilməsinə xidmət etməlidir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*