“İsveçrədəki sammitin məqsədi Rusiyanı danışıqlara cəlb etməkdir” – “Bloomberg”backend

"İsveçrədəki sammitin məqsədi Rusiyanı danışıqlara cəlb etməkdir" - "Bloomberg"

“İsveçrədə keçiriəcək Ukrayna münaqişəsinə dair sammitin iştirakçıları Rusiyanı münaqişənin həlli üçün gələcək danışıqlara cəlb etməyi qarşılarına məqsəd qoyublar”.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” konfransın yekunlarına dair sənəd layihəsinə istinadən məlumat yayıb

Bildirilir ki, sammitdən sonra hazırlanan sənəd layihəsində Rusiyanı gələcək dialoqa cəlb etmək üçün konkret addımlar yer alacaq.

Öz növbəsində Moskva isə bəyan edib ki, onun iştirakı olmadan müzakirələr absurddur.

Qeyd edək ki, tədbir 15-16 iyun tarixlərində Bürgenstokda baş tutacaq. Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, sammitdə Ukraynanın “sülh formulu”nun üç bəndi müzakirə olunacaq: radiasiya və nüvə təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, eləcə də məhbusların və deportasiya edilmiş şəxslərin azadlığa buraxılması.

Moskva isə bu bəndlər əsasında danışıqları istisna edir.

Sənəd müəllifləri qeyd edirlər ki, Rusiya sammitə dəvət olunmasa da, münaqişəyə son qoyulması həm Kiyev, həm də Moskva ilə müzakirə olunmalıdır. “Bloomberg” həmçinin çərşənbə axşamı İsveçrədə keçirilən sammitin yekun sənədinin layihəsində ikinci konfransın keçirilməli olduğunun nəzərdə tutduğunu bildirib

Nəşr qeyd edir ki, sənəd danışıqlar zamanı dəyişdirilə bilər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*