İtaliyada 50 yaşdan yuxarı sakinlər peyvənddən imtinaya görə cərimələnəcəklərbackend

İtaliyada 50 yaşdan yuxarı sakinlər peyvənddən imtinaya görə cərimələnəcəklər

İtaliyanın 50 yaşdan yuxarı sakinləri koronavirusa qarşı peyvənd olunmaqdan imtina etdiklərinə görə 100 avro cərimə ödəməli olacaqlar.

KONKRET.az bildirir ki, “La Stampa” qəzetinin yaydığı xəbərə görə, bir çoxunun, xüsusən də həkimlərin bunun çox kiçik məbləğ hesab etdiyi üçün, bu qərar gərgin müzakirələrə səbəb olub.

Bundan əvvəl İtaliya hökuməti respublikada yaşayan və yaşı 50-dən yuxarı olanlar üçün məcburi peyvənd tətbiq etmək qərarına gəlib. Nazirlər Şurasının mətbuat xidmətinin məlumatına görə, bu cərimədən əlavə, peyvənddən imtina edənləri başqa sanksiyalar da gözləyir.

Xüsusilə, 50 yaşdan yuxarı bütün işçilər peyvənd sertifikatı və ya xəstəliyə yoluxaraq sağaldığı haqqında sənəd təqdim etməlidir. Bundan əlavə, COVID-sertifikatı olmayan işçi müəyyən edildikdə o 600-1500 avro məbləğində cərimə oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*