İtaliyada tarixi binanın üzərinə “Əli” sözünü yazan şəxs saxlanıldıbackend

İtaliyada tarixi binanın üzərinə "Əli" sözünü yazan şəxs saxlanıldı

İyunun 22-də Qazaxıstandan olan turist təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qazax Pompey arxeoloji parkında tarixi binanın üzərində açıq rəngli gipslə Əli hərfləri həkk edib.

Qazaxıstan Xarici İşlər Nazirliyi turistin tarixi binaya qanunsuz yazı yazdığına görə saxlanıldığını təsdiqləyib.

“Hüquq-mühafizə orqanları ilə bütün lazımi rəsmiləşdirmələr aparıldıqdan sonra o, azadlığa buraxılıb”, – deyə Xarici İşlər Nazirliyinin sözçüsü Aibek Smadiyarov bildirib.

Bildirilir ki, turist memarlıq abidəsinə dəymiş ziyanı ödəməli olacaq. Dəqiq məbləğ texniki müayinədən sonra açıqlanacaq.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*