İtaliyadan Ermənistan və digər 13 ölkəyə ÜZÜCÜ XƏBƏRbackend

İtaliyadan Ermənistan və digər 13 ölkəyə ÜZÜCÜ XƏBƏR

İtaliya son 14 gündə Ermənistan, Bəhreyn, Banqladeş, Braziliya, Bosniya və Hersoqovina, Çili, Makedoniya, Moldova, Oman, Panama, Peru, Küveyt və Dominikan respublikalaırnda olmuş vətəndaşların ölkəyə giriş-çıxışına qadağa qoyub.

KONKRET.az xəbər verir ki, bu barədə italiyanın Səhiyyə naziri Roberto Speranza sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, həmin ölkələrdə olmuş şəxslər İtaliyanın ərazisindən tranzit məqsədilə də istifadə edə bilməzlər. Speranza qeyd edib ki, Avropa İttifaqı və Şengen zonasına daxil olmayan digər ölkələr üçün karantin öhdəliyi hələ də qalır.

“Qlobal epidemiya ən kəskin mərhələsindədir. Son aylarda etdiyimiz fədakarlıqlarımızı heçə saya bilmərik”, – deyə nazir bildirib.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*