İyulda ödənilən pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardımın məbləği AÇIQLANDIbackend

İyulda ödənilən pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardımın məbləği AÇIQLANDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ümumilikdə 2 milyon 300 min şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi məlumat yayıb.Onlardan 1 milyon 260 min nəfərinə pensiya, 423 min nəfərinə müavinət, 298 min nəfərinə təqaüd, 350 min nəfərinə (85 min ailə) ünvanlı dövlət sosial yardımı ödənilib.

İyul ayında qeyd edilən sosial təminat növləri üzrə ödəniş alanların sayı 2019-cu ilin iyul ayı ilə müqayisədə 3,3% və ya 73 min nəfər çox olub.

Həmçinin ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə 2019-cu ilin iyul ayına nisbətən 24,1% və ya 91 milyon manat çox olmaqla 468 milyon manat vəsait yönəldilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*