Ermənistanda qiymətlər durmadan artır – STATİSTİKAbackend

Ermənistanda qiymətlər durmadan artır - STATİSTİKA

“Oktyabr ayı ilə müqayisədə Ermənistanda qida və alkoqolsuz içkilər 2,8 faiz bahalaşıb. Meyvə, süd məhsulları, şəkər, şəkər tozu, yağlar və tərəvəzin qiymətlərində də 1,9-20,5 faiz artım qeydə alınıb. Məsələn, tərəvəz bazarında qiymət artımı daha yüksək olub – 20 faiz”.

KONKRET.az xəbər verir ki, bu faktları “Joxovurd” qəzeti Ermənistanın Statistika Komitəsinin aylıq hesabatından götürüb. Məlumatda daha sonra deyilir ki, ay ərzində yumurta 7,6 faiz bahalaşıb. Noyabr ayında balıq və dəniz məhsulları bazarlarında da 1 faiz artım qeydə alınıb. Qeyd edək ki, ay ərzində alkoqollu içkilər və siqaretlər 0,4 faiz bahalaşıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*