Kabildə Taliban və İŞİD arasında toqquşma oldubackend

Kabildə Taliban və İŞİD arasında toqquşma oldu

Əfqanıstanın paytaxtı Kabildə “Taliban” üzvləri ilə İŞİD yaraqlıları arasında şiddətli qarşıdurma baş verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Zəbihullah Mücahid “Twitter” hesabında paylaşım edib.

Bildirilib ki, Kart-e Sahi bölgəsində dünən günortadan sonra başlayan qarşıdurmalar axşam saatlarına qədər davam edib. İŞİD-ə qarşı keçirilən əməliyyatda 4 terrorçu öldürülüb, 1-i isə sağ ələ keçirilib.

Zəbihullah Mücahidin sözlərinə görə, İŞİD terrorçuları bu bölgədə intensiv şəkildə yaşayan və Məhərrəm ayını qeyd etmək üçün toplaşan şiələrə hücum etməyi planlaşdırıblar.

“Taliban” öz üzvləri ilə bağlı ölən və yaralananlar barədə məlumat paylaşmayıb.

Qeyd edək ki, 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə gələn “Taliban” ölkədə təhlükəsizliyi tam təmin etdiyini iddia etsə də, son bir ildə İŞİD 100-dən çox bombalı və silahlı hücum həyata keçirib. Qəndəhar, Kabil, Kunduz, Məzar-ı Şərifdə şiə məscidlərində təşkil edilən hücumlarda çox sayda insan həyatını itirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*