Kadırov bu mahnını oxuyanı axtarır – VİDEObackend

Kadırov bu mahnını oxuyanı axtarır - VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda “Grand Park” ticarət mərkəzində baş verən yanğın zamanı “qori-qori yasno” mahnısını oxuyan adamın tapılıb həbs olunmasını əmr edib.

KONKRET.AZ Oxu.Az-a istinadən xəbər verir ki, R.Kadırov video müəllifini digər insanların kədərinə sevinməkdə ittiham edib.

Çeçenistan lideri bildirib ki, yalan mesajların yayılması “müalicə edilməli olan bir xəstəlikdir”.

Qeyd edək ki, sentyabrın 19-da Qroznıdakı “Grand Park” ticarət mərkəzində yanğın olub.

Yanğın 700 kvadratmetr ərazini əhatə edib. Lakin ticarət mərkəzindəki qonaqlar binadan vaxtında təxliyyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*