Kadırov HƏDƏLƏDİ: “Ukrayna məsələsi bağlanıb, məni Polşa maraqlandırır, 6 saniyəyə MƏHV EDƏRİK” – VİDEObackend

Kadırov HƏDƏLƏDİ: "Ukrayna məsələsi bağlanıb, məni Polşa maraqlandırır, 6 saniyəyə MƏHV EDƏRİK" - VİDEO

“Ukrayna məsələsi bağlanıb, məni Polşa maraqlandırır”.

KONKRET.az xəbər verir ki, bunu  Çeçenistan lideri Ramzan Kadırov deyib. O bildirib ki, Rusiya qüvvələri Lisiçanska daxil olub və Luqansk vilayətinin Rusiya Federasiyası və “LXR” tərəfindən idarə olunmayan son iki böyük şəhəri olan Severodonetskə daxil olmaq üzrədirlər.

Kadırov Polşa hakimiyyətini hədələyib.

“Ukrayna məsələsi bağlanıb, məni Polşa maraqlandırır… Polşa nə əldə etmək istəyir? Ukraynadan sonra komanda olarsa, 6 saniyəyə sizin nəyə qadir olduğunuzu göstərəcəyik. Yaxşı olar ki, silahlarınızı və muzdlularınızı götürün və səfirimizə görə üzr istəyin.

Biz bunu belə qoymayacağıq. Bunu yaxşı bilin. Çeçenləri yaxşı təcrübəsi var. Nə edirsinizsə, özünüzə qayıdacaq. Dövlətimizlə çox pis oyunlara başlamısınız. NATO, Amerika, Qərbin çaldığına oynayırsınız. Bunun axırı yaxşı olmayacaq. İqtisadiyyat çökür bütün dünyada, zavodlar, fabriklər işləmir. Biz necə yaşamalıyıq? Xalq öz taleyini təyin etməlidir” , – Kadırov təhdid edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*