Kadırov Ukraynadakı partlayışlardan sonra 100% razı olduğunu bildirib və Zelenskini “axmaq” adlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə o, teleqram kanalda yazıb.
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Volodimir Zelenskini “laxmaq” adlandırıb. O, Kiyevin Ukraynadakı partlayışlara reaksiyasına münasibət bildirib.
“Zelenski Kiyevə və digər şəhərlərə edilən zərbələrdən şikayətlənir. Bəs sən, “axmaq” Zelenski, necə düşünürdün: sən bacarırsan, amma başqaları bacarmır?” – deyə o bildirib.
Kadırov yenidən Zelenskiyə şikayət etməyi dayandırmağı və “Qərbə baxmadan” qaçmağı tövsiyə edib.
O vurğulayıb ki, hazırda Ukraynada xüsusi əməliyyatın keçirilməsindən “yüz faiz razıdır”.
Xuraman Etibarlı,
KONKRET.az
