Kafe-restoranlarda ən çox bu qaydalar pozulubbackend

Kafe-restoranlarda ən çox bu qaydalar pozulub

Fevralda AQTA tərəfindən 18 395 monitorinq həyata keçirilib və 885 nöqsan aşkar edilib.

Agentlikdən KONKRET.az-a bildirilib ki, Bakı şəhəri üzrə ən çox nöqsan Səbail rayonunda  (20 nöqsan), ən az nöqsan isə Qaradağ rayonunda (2 nöqsan) aşkarlanıb.

Ən çox rast gəlinən nöqsanlar bunlardır:

İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi – 734 (83 %);

Masa (2 metr)  və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması – 107 (12%);

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 51173 monitorinq həyata keçirilib və 2992 nöqsan müəyyənləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*