Cənubi Kaliforniya çimərliyində qayanın bir parçasının qopması nəticəsində üç nəfər həlak olub. Bir qadın elə hadisə yerindəcə keçinib, digər iki nəfər xəstəxanaya çatdırılandan sonra ölüb. Daha iki nəfər isə ağır vəziyyətdədir.
AZƏRTAC xəbər verir ki, hadisə avqustun 2-də San-Diyeqodan şimalda yerləşən Ensitasda, Qrandvyu-Biç çimərliyində yerli vaxtla təqribən gündüz saat 3-də baş verib.
