“KamAZ”ın keçmiş vitse-prezidenti öz mənzilində ÖLÜ TAPILDIbackend

“KamAZ”ın keçmiş vitse-prezidenti öz mənzilində ÖLÜ TAPILDI

“KamAZ”ın keçmiş vitse-prezidenti öz mənzilində ölü tapılıb.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, onun meyiti üzərində çoxsaylı bədən xəsarətləri müəyyən edilib.

Qeyd edək ki, 74 yaşlı Yuri Borisovu sonuncu dəfə yeni il süfrəsində yaxınları sağ görüblər. Keçmiş vitse-prezident bayramı onlarla birlikdə qeyd edib, daha sonra taksi ilə evə gedib. O vaxtdan bəri Yuri Borisov heç kimə zəng etməyib. Sonra yaxınları şübhələnərək onun evinə gəliblər. Oğlu öz açarı ilə mənzili açıb içəri keçib. Mətbəxə girən gənc atasının meyitinin yerdə olduğunu, başında yaraların, ətrafında isə qan damcılarının olduğunu görüb.

Hadisə yerinə polis çağırılıb. Polis baş verənlərlə bağlı bütün versiyaları nəzərdən keçirir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*