Filmdə “insan ağrısı və qarşıdurmalardan” bəhs olunur, tarixi həqiqətlər kobud şəkildə təhrif edilir
Kanadalı rejissorlar Qarabağ münaqişəsi haqqında sənədli film çəkməkdədir.
Konkret.az erməni mənbələrinə istinadən xəbər verir ki, filmdə münaqişənin tarixi, “insan ağrısı və qarşıdurmalardan” bəhs olunur.
Filmlə bağlı diqqət çəkən başlıca məqam “sənədli filmin” birtərəfli şəkildə, yalnız ermənilərin iştirakı ilə çəkilməsi, filmdə yalnız onların söylədiklərinə yer verilməsidir.
Filmdə Qarabağ konfilikti haqqında danışan erməni “ziyalıları” baş verənlərə görə Azərbaycan tərəfini ittiham edir ki, bu da tarixi həqiqətin kobud şəkildə təhrif edilməsi deməkdir.
Sözügedən filmin 2020-ci ildə nümayiş olunacağı gözlənilir.
Moderator.az