Karnauxovdan ABSURD “İDEYA”: “Qarabağda referendum keçirək, onu Rusiyaya birləşdirək”backend

Karnauxovdan ABSURD "İDEYA": "Qarabağda referendum keçirək, onu Rusiyaya birləşdirək"

Rus təbliğatçısı Sergey Karnauxov yenə sərsəmləyib.

KONKRET.az xəbər verir ki, Kremlin Solovyovdan sonra köməkçi “ruporu” Sergey Karnauxov axmaq və gülünc fikirləri ilə gündəmə gəlmək istəyib.

Rusiya Ukrayna torpaqlarında qanunsuz “referendum” keçirib torpaqları “Rusiya ərazisi” elan edəndən sonra türk düşməni Karnauxovun da iştahı artıb və Azərbaycanın əzəli, əbədi torpaqlarına tamah salıb.

O, öz teleqram kanalında “Qarabağda referendum keçirək, onu özümüzə birləşdirək” kimi absurd “ideya” irəli sürüb.

Karnauxov Azərbaycan üçün o qədər əhəmiyyətsiz biridir ki, onun “fikirlərini” heç kim ciddiyə almır. Sadəcə, könül bulandırır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*