Keçmiş deputatın atası Ara Mkrtçyan bir il müddətinə həbs edildibackend

Keçmiş deputatın atası Ara Mkrtçyan bir il müddətinə həbs edildi

Kotayk vilayətinin Kasax icmasının keçmiş rəhbəri Ara Mkrtçyan bir il müddətinə həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Armenia Today-ə Ermənistan İstintaq Komitəsindən məlumat verilib.

Ara Mkrtçyan “Şərəfim var” fraksiyasının keçmiş deputatı Anna Mkrtçyanın atasıdır.

Ona vəzifə səlahiyyətlərini aşma və xidməti saxtakarlıqla bağlı 28 epizod üzrə ittiham irəli sürülüb.

İstintaqın versiyasına görə, Ara Mkrtçyan 2016–2019-cu illərdə icra hakimiyyətinin əməkdaşları ilə birlikdə hərracların keçirilməsi barədə saxta sənədlər hazırlayıb. Bu sənədlər əsasında Kasax icmasına məxsus 28 torpaq sahəsi qanunsuz olaraq özgəninkiləşdirilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*