Keçmiş məhkumlardan silah aşkarlandıbackend

Keçmiş məhkumlardan silah aşkarlandı

Bakı və Şəki sakinlərində silah-sursat aşkarlanıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyevdən “Naqan” tipli tapança və 7 ədəd patron götürülüb.

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş C.Hüseynovdan müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*