KEÇMİŞ NAZİR yenidən direktor seçildi – FOTObackend

KEÇMİŞ NAZİR yenidən direktor seçildi - FOTO

AMEA-nın Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi yığıncağında AMEA-nın beş institutunun direktoru vəzifəsinə seçkilər keçirilib.

Akademiyadan KONKRET.az-a verilən məlumata görə, bölmənin akademik-katibi, akademik Nazim Məmmədov bölmənin elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından həmin institutun elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində irəli sürülür. Sonra səsvermənin nəticələri bölməyə daxil olur.

Gizli səsvermə yolu ilə akademik Nazim Məmmədov Fizika İnstitutu, AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutu, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu, akademik Telman Əliyev İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın müxbir üzvü Oktay Qasımov isə Biofizika İnstitutunun direktoru vəzifəsinə seçiliblər.

Səsvermədə 40 bölmə üzvündən 34-ü iştirak edib.

Seçkinin nəticəsinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*