Keçmiş prezidenti 30 ildən çox həbs cəzası gözləyirbackend

Keçmiş prezidenti 30 ildən çox həbs cəzası gözləyir

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro 32 il müddətinə azadlıqdan məhrum edilə bilər. O, cinayətkar sui-qəsddə iştirak etməkdə, dövlət vəsaitlərini mənimsəməkdə və çirkli pulların yuyulmasında şübhəli bilinir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Braziliya Cinayət Məcəlləsi çirkli pulların yuyulmasına görə 10 ilədək həbs, cinayət sui-qəsdi üçün eyni müddət və dövlət əmlakını mənimsəməyə görə 12 ilə qədər həbs cəzası nəzərdə tutur.

Polis artıq Bolsonaronun mümkün cinayətləri barədə məlumatı Federal Ali Məhkəməyə təqdim edib, lakin cinayət işinin başlanması üçün 15 gün ərzində baş prokurorluğun razılığını almaq lazımdır. Prokurorluq əlavə araşdırmalar tələb edə və ya işi bağlaya bilər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*