Kəlbəcərə gedən Azərbaycan avtomobilini Qarabağ separatçısının yoxlaması etirazlara səbəb oldu – VİDEObackend

Kəlbəcərə gedən Azərbaycan avtomobilini Qarabağ separatçısının yoxlaması etirazlara səbəb oldu - VİDEO

Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobilini Qarabağ separatçısının yoxlaması etirazlara səbəb olub.

KONKRET.az xəbər verir ki, Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkət edən avtomobillərin növbəti yoxlamasının çəkilişi aparılıb. Avtomobilləri Rusiya sülhməramlıları yoxlayır. Lakin videoda etirazla qarşılanan görüntülər meydana çıxıb.

Belə ki, videoda Qarabağ separatçılarının nümayəndəsi Rusiya sülhməramlıları ilə birlikdə Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkət edən Azərbaycan avtomobilini yoxladığı görünür.

Bu da haqlı narazılıq və suallar yaradıb. Azərbaycan maşınlarını yoxlayan bu separatçılar kimdir?  KİV istifadəçiləri Azərbaycan torpaqlarında Azərbaycan maşınlarını niyə separatçı ermənilər yoxlayır sualı ilə müxtəlif şərhlər yazıblar.

Xuraman Etibarlı,

KONKRET.az

  • Namiq
    Fevral 2, 2022 - 12:08

    Nə qədər ki, Laçın dəhlizində Azərbaycan əsgəri erməni maşınlarını yoxlamayır bu belə də davam edəcək. Həm rus, həm də ermənilər buna görə Azərbaycanı aciz qəbul edirlər. Artıq daxili auditoriya bəyanatlar verməkdən real işə keçmək lazımdır

  • Aslan
    Fevral 2, 2022 - 14:13

    Onlar Azərbaycanı aciz hökümət sayəsində aciz görürlər

  • Garachanta
    Fevral 2, 2022 - 23:10

    zaman artıq bizim əleyhimizə işləyir….Vur Komando Vur…döyüş alnımıza yazılıb…rus gavurları əvvəlcə rusiyadan atılan İsgəndər-M lə qorxudurdular…indi də erməni gavur-polisi ilə qorxudurlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*