Keniyada yaşlı torpaq sahibləri qohumları tərəfindən “cadugər” olduqları əsas gətirilərək öldürülür.
KONKRET.az xəbər verir ki, qocaları miraslarına görə “cadugər” adlandırıb aradan götürürlər.
BBC-nin məlumatına görə, Keniya, Malavi, Tanzaniya və Cənubi Afrikanın bəzi bölgələrində yaşlı insanların torpaqlarını ələ keçirmək üçün öldürülməsinə haqq qazandırmaq üçün cadu və xurafatdan istifadə edilir.
Ölkədə yaşlı torpaq sahiblərinin öldürülməsinin arxasında duran həqiqət onların “cadugər” olduğuna inanmaq deyil, mülkiyyət sənədi olmayan torpaqların ailə daxilində verilməsidir.
Keniyanın insan haqları təşkilatı Haki Yetu tərəfindən hazırlanan “Sərhəddəki Yaşlılar” hesabatına görə, Keniyanın Kilifi sahillərində, demək olar ki, hər həftə bir qoca “cadugər” öldürülür. Təşkilatın proqram meneceri Julius Uanyama deyir ki, bu qətllər daha çox ailə daxilində törədilir. “Cadugər ovu”nda öldürülən hər 10 nəfərdən 7-si torpaq və ya miras sahibi olan yaşlı kişilərdir.
Bu vəziyyət geniş yayıldığına görə, ərazidə xeyriyyə təşkilatı olan yaşlı insanlar üçün bərpa mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə hücuma məruz qalan və evlərinə qayıda bilməyən 30-a yaxın qoca yaşayır.
Təxminən 20 nəfəri öldürdüyünü iddia edən keçmiş qatil BBC-yə deyib ki, hər qətlə görə təxminən 400 dollar alıb və “Əgər kimsə qocanı öldürürsə, bilin ki, bunun əvəzini ailəsi ödəyib” deyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az