Kiçik geyim mağazaları və digər iaşə obyektləri nə vaxt açılacaq? – AÇIQLAMAbackend

Kiçik geyim mağazaları və digər iaşə obyektləri nə vaxt açılacaq? - AÇIQLAMA

Azərbaycanda avqustun 5-də 193 nəfər koronavirusa yoluxub, 492 nəfər sağalıb. Deputatlar və digər insanlar qaydalara əməl etməklə kiçik geyim mağazaları və digər iaşə obyektlərin açılmasını təklif edir. Yoluxmaların sayı azalma dinamikası ilə davam edərsə yoluxanların sayı açıla bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Tahir Kərimli bildirib ki, artıq son bir neçə həftədir müsbət dinamika davam edir:

“Yoluxanların sayı əhəmiyyətli dərəcədə aşağı düşür. Əgər bu dinamika davam edərsə, bir sıra obyektlərin, eləcə də kiçik istehsal müəssisələrinin açılması mümkündür. Əlbəttə, həmin obyektlərdə karantin qaydalarının qorunması vacibdir. Xarici ölkələrdə də bu təcrübə var. Türkiyədə, Gürcüstanda və Avropanın bir çox ölkəsində bu təcrübədən istifadə edirlər. Qaydalara əməl edərək bizdə də bəzi iaşə obyektlər açıla bilər. Xırda iaşə obyektləri muzdla işləyən vətəndaşlarımızın çörək və dolanışıq yeridir. Ona görə istəyirəm ki, Operativ Qərargah bununla bağlı qərar versin. Elə insanlar var ki, aylardır rayonlara gedə bilmirlər. Düşünürəm ki, həmin insanların ailələri ilə birlikdə analiz verərək rayonlara getməsinə imkan yaradılmalıdır. Ehtimallar üzərində iş qurmaq olmaz. Hesab edirəm ki, qaydalara riayət edilməsinə nəzarəti sərtləşdirməklə müəyyən yumşalmalara getmək olar”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*