Kiril Semyonov: “Ermənistanın ehtiyatları sürətlə tükənir”backend

Kiril Semyonov: "Ermənistanın ehtiyatları sürətlə tükənir"

“Müharibənin qış dövrünə girməsi erməni tərəfinə təsir edəcək. Azərbaycan qoşunları tədricən Qarabağın dərinliyinə doğru irəliləyəcək. Hətta mövqe döyüşləri uzandıqda belə bu, Ermənistan Ordusunun canlı qüvvəsinin davamlı məhvinə təsir etməyəcək”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya Beynəlxalq Məsələlər Şurasının mütəxəssisi və “Al-Monitor”(Vaşinqton) qəzetinin köşə yazarı Kiril Semyonov Rusiya mediasına açıqlamasında bildirib.O əlavə edib ki, “Ermənistanın ehtiyatları sürətlə tükənir və Ermənistan hərbçiləri mövqelərini hər gün itirirlər. Əslində zaman Ermənistana qarşı oynayır. Üstünlük tamamilə fərqli iqtisadi dayaqlara sahib olan Azərbaycanın əlindədir. Ümumiyyətlə, hava şəraiti Azərbaycan qoşunlarının irəliləməsini ləngidə bilər, lakin əməliyyatların strateji gedişini dəyişdirə bilməz”.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*