Kitabı bir günə rekord sayda SATILDIbackend

Kitabı bir günə rekord sayda SATILDI

Şahzadə Harrinin “Spare” (“Ehtiyat”) adlı avtobioqrafik kitabının satışa çıxdığı ilk gün ərzində 1,4 milyon nüsxə satılıb. 

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Mirror” qəzeti yayıb.

Bildirilib ki, kitab yanvarın 10-u satışa çıxarılıb. Həmin gün Böyük Britaniyada kitabın rekord sayda 400 min nüsxəsi satılıb. Buraya kitabın həm elektron, həm də audio versiyası aiddir.

Ümumilikdə isə ABŞ, Kanada və Britaniyada satışın ilk günü 1,4 milyondan çox nüsxə satılıb. ABŞ-də sözügedən kitaba böyük tələbat yarandığından əlavə partiya çapa göndərilib.

Qeyd edək ki, Şahzadə Harri öz avtobioqrafik kitabında qardaşı şahzadə Uilyam ilə mübahisəsi, gənc olarkən narkotikdən istifadə etməsi və Əfqanıstanda xidmətdə olarkən “Taliban” qruplaşmasının 25 üzvünü zərərsizləşdirilməsi kimi hadisələrdən bəhs edib.

Məlumata görə, Harrinin kitabdan əldə etdiyi qonorar 20 milyon dollar təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*