Polşanın şərqinə düşən raket Ukrayna Silahlı Qüvvələri tərəfindən buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Polşaya düşən raketlər Ukraynanın enerji infrastrukturunu hədəf alan Rusiya raketlərini vurmaq üçün Kiyev tərəfindən buraxılıb.
Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqindəki Pşevodov kəndi ərazisinə Rusiya istehsalı olan raketin düşməsi nəticəsində iki nəfərin həlak olması ilə bağlı bəyanat yayıb. Polşa Prezidenti Anjey Dudanın sözlərinə görə, sursatın dəqiq mülkiyyəti hələ müəyyən edilməyib.
İqbal Rzayev,
KONKRET.az
