KİV: Türkiyə-Ermənistan sərhədi tezliklə açıla bilərbackend

KİV: Türkiyə-Ermənistan sərhədi tezliklə açıla bilər

Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini açmağı düşünür.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Türkiyə növbəti altı ay ərzində Ermənistanla sərhədini açmaq imkanını müzakirə edir. Bu isə Avropada Soyuq müharibə dövrünün son qapalı sərhədinin mövcudluğuna son qoyacaq və Qafqazda ticarətin dirçəlməsi üçün yol açacaq”, — məlumatda qeyd edilib.

Mənbənin məlumatına görə, Ermənistan və Türkiyə xarici işlər nazirlikləri “Bloomberg”in sorğusuna cavab verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*