Kiyevdə rus dilində mahnı dinləmək və oxumaq qadağan edildibackend

Kiyevdə rus dilində mahnı dinləmək və oxumaq qadağan edildi

Kiyev Şəhər Şurasının deputatları rusdilli mədəniyyət nümunələrinin  ictimai istifadəsini qadağan etmək qərarına gəliblər.

KONKRET.az xəbər verir ki, indi ictimai yerlərdə rus dilində mahnı ifa etmək, kitab oxumaq qadağandır.

“Şəhər Şurası rusdilli mədəniyyət nümunələrinin Kiyev şəhərinin ərazisində ictimai istifadəsinə moratorium qoyub. Bu qərar bu gün, iyulun 13-də Kiyev şəhərinin II sessiyasının plenar iclasında qəbul edilib”, – deyə Şəhər Şurasının bəyanatında deyilir.

Sənədə əsasən, indi Kiyevdə rus dilində kitab satmaq, mahnı oxumaq və dinləmək, teatr və sirk tamaşalarının nümayişi qadağandır. Bundan əlavə, moratorium bədii, tarixi, etnoqrafik və elmi əhəmiyyət kəsb edən maddi və mənəvi mədəniyyət obyektlərinə də şamil edilir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*