Azərbaycandan Ukraynanın Truskavets şəhərinə təhsil almaq üçün göndərilən 200 tələbə ilə bağlı redaksiyamıza şikayət daxil olub.
KONKRET.az manset.az-a istinadən xəbər verir ki, şikayətdə Truskavetsdə yaşayan bəzi azərbaycanlılar bir qrup tələbənin davranışından narazılıqlarını bildiriblər. Daha çox dənizçilik təhsili almaq üçün həmin şəhərə üz tutan bəzi tələbələr ictimai yerlərdə davranış qaydalarına əməl etmir, asayişi pozur və cəmiyyətimizin mənəvi dəyərlərinə uyğun olmayan hərəkətlərə yol verirlər. Bu isə həmin şəhərdə yaşayan digər azərbaycanlıların haqlı narazılığına səbəb olub. Bəs bu qədər tələbəni həmin şəhərə kim və hansı təşkilat göndərib?
Araşdırmamız nəticəsində məlum oldu ki, tələbələr daha çox “MasterStudy” xaricdə təhsil şirkəti tərəfindən göndərilib. Şirkət nümunəvi fəaliyyət göstərir, onlar dünyanın bir çox ölkələrinə tələbələr göndərirlər. Düzdür, burada tələbələrin oradakı fəaliyyəti və özlərini necə aparması ilə bağlı təhsil şirkəti məsuliyyət daşımır. Amma məsələlərə təsir edə bilər.
