Kiyevin mərkəzində partlayışlar törədildi – VİDEObackend

Kiyevin mərkəzində partlayışlar törədildi - VİDEO

Kiyevin Şevçenko rayonunda ard-arda bir neçə partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.

Ukraynanın paytaxtında olan “Agence France-Presse” (AFP) jurnalistləri ən azı üç partlayışın olduğunu bildiriblər.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, raketlərdən biri Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) ofisinin yerləşdiyi Vladimirskaya küçəsinə düşüb. Həmin küçədə Prezident Vladimir Zelenskinin ofisi də yerləşir.

Ölən və ya yaralananlar barədə məlumat verilməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*