Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Vladimir Putin ABŞ prezidenti Bill Klinton ilə ilk görüşü zamanı Rusiyanın NATO-ya qəbul olunmasını təklif etmişdi.
KONKRET.az xəbər verir ki, Lavrovun sözlərinə görə, Putin hesab edirdi ki, ideoloji qarşıdurma başa çatdıqdan sonra Rusiya ilə NATO arasında əməkdaşlıq mümkün ola bilər.
Daha sonra, Lavrovun iddiasına əsasən, Bill Klinton Putinə belə deyib:
“Bilirsən, mənim adamlarım dedilər ki, bu mümkün deyil.”
Qeyd edək ki, bu açıqlama Sergey Lavrovun nəql etdiyi versiyadır. ABŞ tərəfi bu söhbəti rəsmi şəkildə təsdiqləməyib və bu ifadə Klintonun rəsmi mövqeyi kimi deyil, Lavrovun şəxsi təqdim etdiyi xatirə kimi qiymətləndirilməlidir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
