backend

“Köçəryanı Moskvaya Petrosyan göndərmək istədi, amma...” – ŞOK DETALLAR

İki gündür erməni mediası keçmiş prezident Robert Köçəryanın danışıqlar aparmaq üçün Moskvaya getdiyini və ya getməli olduğunu yazır. “Hraparak” qəzeti ikinci prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan bunu inkar etdiyini bildirib.

KONKRET.az xəbər verir ki, nəşr Köçəryan və Paşinyanın Moskva səfəri ilə bağlı razılığa gələ bilmədiyini yazıb.

“Bizə məlumat verildi ki, Nikol Paşinyan əvvəlcə Robert Köçəryanın Rusiyaya getməsinə razılıq verdi, lakin sonra Köçəryan üçün Rusiyadakı görüşlərin dairəsi ilə bağlı bəzi şərtlər irəli sürdü. Digər tərəfdən, bizə bildirildi ki, Robert Köçəryan Ermənistan hakimiyyətindən konkret və həqiqi səlahiyyətlər almayana qədər Moskvaya getməyəcək. Necə gedəcək, danışıq aparmaq səlahiyyəti yoxdursa, nədən danışacaq?”, – qəzet bildirib.

Nəşr iddia edir ki, səfər fikri Paşinyana yox, keçmiş prezident Levon Ter-Petrosyana məxsusdur: “Dünən bizə Robert Köçəryanın artıq Moskvaya uçduğunu söylədilər, lakin ofisinin rəhbəri bu məlumatı təkzib etdi”.

mənbə:teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*