“Köhnə məktəbli formalarının istifadəsinə icazə verilməyəcək” – RƏSMİ AÇIQLAMAbackend

"Köhnə məktəbli formalarının istifadəsinə icazə verilməyəcək" - RƏSMİ AÇIQLAMA

Xəbər verildiyi kimi, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən tədris ilində şagirdlərə əvvəlki geyim formalarından istifadəyə icazə verilirdi. Bəs görəsən, bu il də məktəblilərə sərbəst seçim imkanı yaradılacaqmı?
Məsələ ilə bağlı KONKRET.az-ın sorğusuna Təhsil Nazirliyi tərəfindən belə cavab verilib:

“Məlum olduğu kimi, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə vahid məktəbli geyimi formalarının tətbiqinə başlanılmışdır.

Qərara əsasən məktəbli geyimi formalarının tətbiqinə başlanıldığı 2022/2023-cü tədris ilində əvvəldən istifadədə olan geyim formalarının yalnız həmin tədris ilinin sonunadək tətbiqinə icazə verilirdi. 2023-2024-cü tədris ilində isə məktəblərdə yalnız vahid məktəbli formasının Qərarda əks olunan 4 nümunəsindən hər hansı birinin tətbiqi mümkündür”.

Xatırladaq ki, Təhsil Nazirliyi dünən yeni geyim formaları ilə bağlı məlumat yayıb. Qeyd olunub ki, ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.

Nazirlikdən o da bildirilib ki, valideynlər övladlarının təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilər. Eyni zamanda, yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etmək mümkündür.

Sevinc Paşayeva,

KONKRET.az

  • Hafis
    Avqust 4, 2023 - 16:56

    Kasıb al ala biləcəksənsə əyər. Bax gör 2 uşağı eyni vaxda həm məktəbinə həm dolanışıöına baxa biləcəksən??

  • Rəşid
    Avqust 4, 2023 - 19:04

    Her il form olarmi hamisi pul yeyintisi ucundur.

  • Rəşid
    Avqust 4, 2023 - 19:04

    Her forma deyisermi.Pul yeyintisidir basqa hecne

  • Deniz
    Avqust 4, 2023 - 23:33

    #bizyesirdeyilik

  • Aysun
    Avqust 19, 2023 - 15:00

    Salam.menim.3ovladim.tehsil.alir men nece alim.bu formani bir usaq en azi 150m.pul.tutur.bes bunu dovlet niye dusun!ur goresen hec yerde iwlemirem.formani.tetbiq eden de ehtiyaci olana pusuz versin ya da mecburi.etmmesin

  • Anonim
    Avqust 22, 2023 - 16:29

    Nazirlik hoqqa verire heç kim haqqı yoxdur ki şagirdlərə formanı məcbur geyindirsinlər fikri orda burda olan şagirdin diqqətini forma belə cəmləşdirə bilməz pul qazanmaq üçün əla bəhanə tapıblar

  • Xəyalə
    Sentyabr 2, 2023 - 02:02

    Biri məni aydınlada bilər mi zəhmət olmasa mən iki qızımada almışam ama böyük qızım çox əvvəldən almıştım kiçik qızım isə qaldı ona almaq istiyəndə bu qərər çıxdı indi mənim böyük qızıma yenidən paltar alma kimi imkanım yoxdu o zaman nolacak bəs?

Aysun üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*