Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus iki yüngül hücum təyyarəsi Boqotanın şimalına uçarkən toqquşub.
KONKRET.az-ın “Heraldo del Norte” qəzetinə istinadən verdiyi məlumata görə, təlim zamanı baş verən qəza nəticəsində pilotlardan biri, polkovnik-leytenant Mario Andres Espinosa Qonzales ölüb. Digər pilot isə xəsarət alıb.
