Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ 115 kilometr dərinlikdə baş verib. Paytaxt Boqota və digər şəhərlərdə hiss olunub.
Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.
