backend

"Kommersant": "Ekspertlər Türkiyənin Cənubi Qafqaza qonaq deyil, birdəfəlik gəldiklərini deyir"

“10 noyabr anlaşmasından sonra Rusiya ilə bərabər Türkiyənin də sülhməramlıları bölgəyə gələcək”. “Kommersant” nəşri məsələnin aktuallığını nəzərə alıb bununla bağlı türkiyəli ekspertlərin və mütəxəssislərin fikirlərini öyrənib.

KONKRET.az səsləndirilən fikirləriin daxili auditoriya üçün maraqlı olduğunu nəzərə alıb onları oxuculara təqdim edir:

“Ankara qonaq kimi yox, tamhüquqlu müşahidəçi kimi öz varlığını israr edəcək”, – deyə SETA – Dövlət Mərkəzinin Avropa Araşdırmaları Proqramının direktoru Enes Bayraklı fikirlərini bölüşüb. O deyib ki, “Rusiya bölgədə daha çox Ermənistanın dostu kimi özünü göstərməyə çalışacaq. Bu zaman Türkiyə də Azərbaycanın yanında durduğunu sübut edəcək. Bu minvalla Tükiyə Cənubi Qafqazda möhkəmlənəcək”.

Ankaradakı Orta Şərq Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Aytun Orhan isə deyib ki, “Rusiya Türkiyənin rolunu məhdudlaşdırmaq üçün hər cür səy göstərəcək. Lakin Türkiyə də boş dayanmayacaq. Türkiyə orada davamlı şəkildə təmsil olunmasa, münaqişənin siyasi həllinə nail olmaq daha çətin olacaq. Türkiyənin Suriyada sınaqdan keçirilmiş ortaq patrul formatı Rusiya üçün də cəlbedicidir. Çünki Rusiyanın bölgəyə nəzarət edəcək kifayət qədər pilotsuz təyyarəsi yoxdur”.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*