“Kommersant” Paşinyana CAVAB VERDİ: “Rusiya Qarabağın təminatçısı deyil”backend

“Kommersant” Paşinyana CAVAB VERDİ: "Rusiya Qarabağın təminatçısı deyil"

“Üçtərəfli bəyanatda Qarabağla bağlı Rusiyanın təminatlarından bəhs edilmir”.

KONKRET.az xəbər verir ki, Rusiyanın “Kommersant” qəzeti Ermənistanın Baş naziri Nikol Paşinyanın son mətbuat konfransını şərh edib.

Paşinyanın bəyanatında bildirib ki, “üçtərəfli bəyannamə və Federasiya Şurasının sonrakı qərarına əsasən, Rusiya Federasiyasının prezidentinə Qarabağa sülhməramlılar göndərmək imkanı verilib. Bütün bunlar qeydə alınıb və Rusiya Qarabağın təhlükəsizliyinin təminatçısıdır”.

Rusiyanın “Kommersant” qəzeti Nikol Paşinyana cavab verib: “Lakin qeyd etmək lazımdır ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Qarabağla bağlı Rusiyanın təminatlarından bəhs edilmir”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*