Kommunistlər “LXR” və “DXR”in tanınması təklifi ilə Putinə müraciət etdilərbackend

Kommunistlər “LXR” və “DXR”in tanınması təklifi ilə Putinə müraciət etdilər

Kommunistlər “LXR” və “DXR”in tanınması haqqında qətnamə layihəsi təqdim ediblər. 

KONKRET.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Gennadi Züqanovun başçılıq etdiyi “Kommunistlər” partiyası Dövlət Dumasına qondarma “LXR” (Luqansk) və “DXR”in (Donetsk) tanınması haqqında qətnamə layihəsi təqdim ediblər.

Deputatlar bu təkliflə Rusiya prezidenti Vladimir Putinə müraciət edirlər.

Xatırladaq ki, Luqansk və Donetsk Ukrayna ərazisidir. Donbas müharibəsi zamanı 2014-cü il aprelin 28-də Ukraynada müstəqil, suveren respublika kimi qurulmuş  qondarma dövlətdir.

Mayın 11-də müstəqillik referendumu keçirərək, mayın 12-də rəsmi olaraq müstəqilliyini elan edib. Təsisçilər 24 May 2014-cü il tarixdə Donetsk Xalq Respublikası ilə bir konfederasiya imzalayıblar.

Xuraman Etibarlı,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*