Ermənistandakı hakim “Mənim addımım” partiyası ölkə müxalifətinə Qarabağdakı müharibənin sona çatması ilə bağlı vəziyyət barədə açıqlama verməyi təklif edib. Xüsusilə müxalifətçilərə Dağlıq Qarabağ nizamlanmasında Rusiya vasitəçiliyindən imtina etməyə və döyüş əməliyyatlarını davam etdirməyə hazır olub-olmadıqlarını bildirmək təklif edilib. Hakim blokun mesajı çərşənbə günü Ermənistan mətbuatı tərəfindən yayımlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mənbələrinə istinadən “Komsomolskaya pravda” qəzeti məlumat yayıb. Məlumatda daha sonra deyilir: “Biz müxalifətə Ermənistan və bütün dünya üçün bir açıqlama verməyi təklif edirik. Rusiyanın münaqişədə vasitəçilik etməkdən imtina etməsini dəstəkləyirlərmi? Rusiya sülhməramlılarının təmas xəttindən çəkilməsini istəyirlərmi? Və ya müxalifət müharibənin davam etməsini dəstəkləyirmi?”
Bəyanatda deyilir ki, bundan sonra müxalifət Qarabağda hərbi əməliyyatların bərpa olunması halında zəfər yol xəritəsi təqdim etməlidir.
Surxay Atakişiyev,
