Koronavirus şübhəliylə xəstənaya yerləşdirilən 1 nəfərdən XƏBƏR varbackend

Koronavirus şübhəliylə xəstənaya yerləşdirilən 1 nəfərdən XƏBƏR var

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakıda koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilənlərlə bağlı birgə məlumat yayıb.

KONKRET.AZ xəbər verir ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində qalan 1 nəfər evinə buraxılıb.

Xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti bu gün bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Gün ərzində evə buraxılacaqlar. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevral ayının 14-ü bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda qalan 6 nəfər də evə buraxılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*