“Koronavirus testimin müsbət çıxmağını istəyirdim”backend

“Koronavirus testimin müsbət çıxmağını istəyirdim”

MLS təmsilçisi “Atlanta Yunayted”in baş məşqçisi Frank de Bur koronavirus pandemiyası ilə bağlı maraqlı açıqlama verib.

KONKRET.az “AD” qəzetinə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis COVID-19 testinin mənfi çıxmağına təəssüfləndiyini bildirib:

“Koronavirus testim mənfi çıxdı, amma müsbət çıxmağını istəyirdim. Belə olsaydı, xəstəxanaya yerləşdirilib, müalicə olunacaqdım. Sağalıb, immunitetimin güclü olduğunu biləcəkdim”.

49 yaşlı çalışdırıcı çempionatların davam etdirilməsini istədiyini söyləyib:

“Oynamağa davam etsəydik, yaxşı olardı. Qaliblər meydanda müəyyənləşməlidir. Niderlandda pis vəziyyətin düzəlməyə doğru getdiyini görürük”.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*