Dünyada 26 795 802 nəfər koronavirusa yoluxub.
KONKRET.az xəbər verir ki, virusa yoluxan 878 963 xəstə ölüb, 18 907 692 nəfər sağalıb.
Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (7 580 748 nəfər), ölkə isə ABŞ-dır (6 389 057 nəfər).
Yoluxma sayına görə digər yerləri Braziliya (4 091 801 nəfər) və Hindistan (4 023 179 nəfər) paylaşır.
Rusiya 1 015 105 yoluxma ilə dördüncü yerdədir.
İranda 382 772, Türkiyədə 276 555 yoluxma qeydə alınıb.
Ermənistanda 44 461, Gürcüstanda isə 1 596 nəfərdə virus müəyyən edilib.
Azərbaycanda indiyə qədər koronavirusun aşkar edildiyi 37 031 nəfərdən 543-ü ölüb, 34 419-u sağalıb.
