Böyük Britaniyanın Baş naziri Boris Consonun koronavirus testinin pozitiv çıxmasından sonra onun baş müşaviri Dominik Kamminqsi nazirliyi arxa qapıdan qaçaraq tərk edib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “ITV Nyus” yayıb.
Onun bu qaçışı mətbuatda “Conson baş müşaviri tərəfindən tərk edildi” başlığı ilə paylaşılıb.
