Fransa Senatı Fransa erməni diasporu Senatı adlandırılsın – Korotçenko backend

Fransa Senatı Fransa erməni diasporu Senatı adlandırılsın - Korotçenko   

Azərbaycan əleyhinə olan biabırçı qətnamədən sonra Fransa Senatının adı dəyişdirilərək Fransanın erməni diasporunun senatı adlandırılsın

KONKRET.az xəbər verir ki, bu fikri rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Facebook sosial şəbəkəsində yazıb.

“Fransada hətta eks-prezidentlər də erməni milyarderlərinə işləyirlər. Buna nümunə olaraq Sarkozini misal çəkmək olar. O, prezident olduğu dönəmlərdə Liviyadan rüşvət alıb” – deyə Korotçenko bildirib.

Rusiyalı hərbi ekspert qeyd edib ki, erməni diasporu bütün Fransa Senatını ələ alıb.

“Bəs fransız əks-kəşfiyyatı nə işlə məşğuldur” – İqor Korotçenko fikrini tamamlayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*