Krasnoyarskda ayı təhlükəsi: yüksək hazırlıq rejimi tətbiq edildibackend

Krasnoyarskda ayı təhlükəsi: yüksək hazırlıq rejimi tətbiq edildi

Rusiyanın Krasnoyarsk şəhərində ayıların peyda olması ilə əlaqədar yüksək hazırlıq rejimi tətbiq edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Səlahiyyətlilər polisə heyvanların mühafizəsi müfəttişliyi ilə birlikdə idarələrarası qruplar şəklində küçələrdə patrul çəkməyi tövsiyə edib. Polis əməkdaşlarına vəziyyətdən asılı olaraq silahdan istifadə etməyə icazə verilib.

Meriyanın Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Baş İdarəsinin rəisi Aleksandr Nesterov Krasnoyarsk sakinlərini qida tullantılarının təkrar emalı qaydalarına məsuliyyətlə əməl etməyə çağırıb və bunun şəhərdə yırtıcıların meydana çıxma riskini azaldacağına inandığını bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*