Krasnoyarskdan Bakıya uçan təyyarədə nasazlıq yaranıb.
KONKRET.az Krasnoyarskın “TVK” kanalına istinadən xəbər verir ki, təyyarənin kondisioner sistemində yaranan nasazlıq səbəbindən hava gəmisi iki saatdan çox uçuş-enmə zolağında dayanıb. Söhbət “İrAero” aviaşirkətinə məxsus təyyarədən gedir. Məlumatda bildirilir ki, sərnişinlər arasında panika başlayıb. Bir neçə sərnişin uçuşdan imtina edib. Uçuş təyyarənin yenisi ilə əvəz olunmasından sonra baş tutub. Bundan sonra da sərnişinlər arasında çaxnaşma səngiməyib. Krasnoyarsk hava limanının mətbuat xidmətindən bilidirilib ki, təyyarədə həqiqətən də texniki nasazlıq olub və həmin nasazlıq aradan qaldırılıb. Saat 13:55-də təyyarə uçuş-enmə zolağına doğru hərəkət edərkən, 5 nəfərlik ailənin uçuşu davam etdirməkdən imtina etməsi yenidən təyyarənin geri qayıtmasına səbəb olub. Nəticədə sərnişinlərdən 22 nəfəri uçuşdan imtina edib.
Vəli Həsənoğlu,
KONKRET.az